Qırğızıstanın paytaxtı Bişkekdə yanvarın əvvəlindən etibarən kəskin soyuqlardan 15 nəfər həlak olub.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, paytaxtda və ölkənin digər bölgələrində anomal soyuqlar hökm sürür. Ölkə meteoroloqları bəzi günlərdə temperaurun -26 dərəcəyədək düşdüyü barədə məlumatlar yayıblar.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları müntəzəm olaraq küçələrdə reyd keçirərək donan sakinlərin olub-olmadığını müəyyənləşdirir. Bu reydlər zamanı 85 nəfər donmadan xilas edilərək sosial düşərgələrə yerləşdirilib.