Cənubi Koreyanın Miryanq şəhərindəki bir xəstəxanada yanğın baş verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, insident nəticəsində ən azı 41 nəfər həlak olub. 77 nəfər isə xəsarət alıb.
Rəsmilərin verdiyi xəbərə əsasən, qulluğa ehtiyacı olan yaşlıların qaldığı "Sejong" xəstəxanasının təcili yardım bölməsində başlayan yanğın bütün binanı bürüyüb. Bu səbəbdən ölü sayının artacağı bildirilir.
Yanğının səbəbləri bilinmir. İnsident birinci mərtəbədə başlayıb. Yanğın vaxtı binada 100-dən çox xəstə olub. Yanğınsöndürənlər 1 saat 40 dəqiqə mübarizədən sonra yanğını ram edə biliblər.