Yaponiya qripə yoluxdu - 3 milyon adam xəstədir

22:15 - 26 Yanvar 2018 - DÜNYA

Yaponiyada qrip xəstəliyi artmaqda davam edir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu həftənin əvvəlinə ölkədə qripə yoluxan pasiyentlərin sayı 2,83 milyon nəfərə çatıb. Bu, ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir.
 

Hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 pasiyent düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir.
 

Daha mürəkkəb vəziyyət Küsü adasının cənub-qərbində qeydə alınıb. Burada hər həkim 80 xəstəni müayinə etməlidir.

Xəbər xətti