Donald Tramp Quantanamo həbsxanasını saxlamaq niyyətindədir

21:45 - 26 Yanvar 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Kubanın Quantanmo rayonundakı xüsusi həbsxana ilə bağlı sərəncam imzalamağa hazırlaşır.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, sərəncam həbsxananın saxlanması ilə bağlı olacaq.

Bu yolla Tramp Barak Obamanın 2009-cu ildə imzaladığı fərmanı ləğv edir. Barak Obama həbsxananın ən qısa müddətə bağlanacağı barədə fərman imzalamışdı. Bununla yanaşı dustaqların vətənlərinə və ya ABŞ-ın digər həbsxanalarına köçürülməsini ehtiva edən maddə də ləğv edilir.

ABŞ mətbuatının xəbərinə əsasən, prezident qərarını gələn həftə açıqlayacaq. 30 yanvar tarixində Tramp Konqress qarşısında "ölkənin vəziyyəti" adlı çıxış edəcək.

Qeyd edək ki, Quantanamo həbsxanası 2002-ci ildə oğul Corc Buş tərəfindən yaradılıb. Bu həbsxanada terrorizmdə ittiham edilən dustaqlar cəza çəkir.

Xəbər xətti