İndiyədək Afrində 350-yə yaxın terrorçu məhv edilib

10:04 - 26 Yanvar 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən məlumat verir ki, indiyədək 343 terrorçu məhv edilib, 13 qırıcı ilə 23 hədəf darmadağın edilib.
 

"Zeytun budağı" əməliyyatının uğurla davam etdiyi bildirilir.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti