“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo müqaviləsini 1 il daha uzadıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni müqavilə 2020-ci ilə kimi qüvvədə olacaq.
O, imza mərasimində sonra özünü qürurlu hiss etdiyini deyib:
“Mənə güvəndikləri üçün klub rəhbərliyinə təşəkkür edirəm. Bu klub üçün doğru məşqçi olduğumu sübut edəcəyəm”.
Qeyd edək ki, 2016-ci ilə “Mançester Yunayted”ə keçən Mourinyonun müqaviləsi 2019-cu ildə bitəcəkdi. O, Mançester təmsilçisinə Avropa Liqası, İngiltərə Liqa Kuboku və Superkuboku qazandırıb.