Braziliyanın eks-prezidenti Luis İnasiu Lula da Silvaya ölkəni tərk etmək qadağan olunub.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yerli “Globe” kanalı məlumat yayıb.
Məlumata əsasən, federal polisə artıq məhkəminin Lulanın passportunun müsadirə edilməsi ilə bağlı qərarını çatdırılıb.
Qeyd edək ki, ötən çərşənbə günü Portu-Aleqri regional federal məhkəməsi eks-prezident Lula da Silvanın korrupsiya ittihamı ilə bağlı cəzasını sərtləşdirib. O, 2017-ci ilin iyulunda 9,5 il müddətinə azadlıqdan məhrum edilib, indi isə məhkəmənin qərarı ilə cəzası 12 il bir aya qədər artırılıb.
Lula da Silva 2018-ci ilin oktyabrna planlaşdırılmış prezident seçkilərində iştirak edə bilməyəcək, baxmayaraq ki, ictimai rəy sorğularında favoritlər sırasındadır. Məhkəmənin qərarı ilə o, 19 il ərzində dövlət vəzifəsi tutmaq hüququ yoxdur.