Tramp Fələstinə yardımın dayandırılmasının səbəbini açıqlayıb

20:00 - 26 Yanvar 2018 - DÜNYA

Fələstin ABŞ-a hörmətsizlik edib, Fələstin İsraillə danışıqlara başlamayanadək onlara yardım verilməyəcək.

"Ucnoqta.az"-ın  APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Davosda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı bildirib.    
 
Tramp Fələstin rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşməkdən imtina etməsini hörmətsizlik adlandırıb.  
 
“Fələstinlilər ABŞ-dan yüz milyonlarla dollar yardım alır. Masa arxasına oturmayanadək və danışıqlara başlamayanadək onlara pul verilməyəcək”, - deyə Tramp qeyd edib.  
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. 

Xəbər xətti