Antalyada təlim toplanışı davam edən “Qarabağ” daha iki görüş keçirib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qurban Qurbanov oyunlarla bağlı fikirlərini bildirib:
“Ümumi götürdükdə, bugünkü qarşılaşmalarda nəticələr yaxşı olmasa da, oyunlardan razı qaldım. Əvvəlcədən də, meydanda olan futbolçuların 90 dəqiqə oynamasını planlaşdırmışdıq və buna da çalışdıq. Hər iki oyunda nəzarəti əldə saxlamağa çalışdıq, bəzi texniki səhvlər oldu. İndi hazırlığın elə mərhələsindəyik ki, belə səhvlərin olması qaçınılmazdır. Son mərhələdə futbolçular üzərində olan yük nisbətən azalacaq və daha çox son zərbələrin dəqiq yerinə yetirilməsi üzərində çalışacağıq”.
Qeyd edək ki, “Şkupi” ilə qolsuz heç-heçə edən Ağdam klubu “Mariupol”a 2:3 hesabı ilə uduzub.