Kubanın yeni lideri o olacaq? - Fidel Kastronun qardaşı qızı

02:10 - 26 Yanvar 2018 - DÜNYA

Kubanın keçmiş lideri Fidel Kastronun qardaşı qızı Mariela Kastro ikinci dəfə Kuba parlamentinə namizədliyini irəli sürüb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, M.Kastronun parlamentə seçiləcəyi təqdirdə onun ölkənin ali vəzifəsinə seçilmək şansı olacağı bildirilir.
 

Lakin Mariela Kastro bu vəzifəyə iddia etmədiyini bildirib.

Qeyd edək ki, hazırda Kubanın rəhbəri Fidel Kastronun qardaşı Raul Kastrodur.

Xəbər xətti