ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərinə gəlib.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, ABŞ prezidentinin forumda ABŞ və müttəfiqləri arasında daha ədalətli qarşılıqlı ticarət olmasını tələb edəcəyi ehtimal edilir.
Qeyd edək ki, D.Tramp 2000-ci ildə Davosa qatılan Bill Klintondan sonra Davos Forumunda iştirak edəcək ilk ABŞ prezidenti olacaq.