Türkiyənin xarici işlər naziri: “ABŞ etibarını itirib və onların məqsədini bilmirik”

14:20 - 25 Yanvar 2018 - DÜNYA

“ABŞ son proseslər zamanı etibarını itirdi”.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyada “təhlükəsiz bölgə” yaradılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib. 

O vurğulayıb ki, rəsmi Vaşinqtonun yenidən etibar qazanmadan bu məsələlərdən danışması doğru deyil: “Əvvəlcə konkret addımlarla etibar bərpa edilməlidir. ABŞ-ın məqsədini bilmirik. Əvvəlcə etimadsızlıq mühiti aradan qaldırılmalıdır”. 

Xəbər xətti