Mahaçqalanın merinə qarşı ittiham irəli sürülüb

12:40 - 25 Yanvar 2018 - DÜNYA

Mahaçqalanın meri Musa Musayevə qarşı vəzifə səlahiyyətlərini aşmaqla bağlı ittiham irəli sürülüb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib.

İstintaqın məlumatına görə, onun hərəkətləri nəticəsində Dağıstan Respublikası, təqribən, 80 milyon rubl (təxminən 1 mln. 425 min ABŞ dolları) məbləğində ziyan çəkib.

Qeyd edilib ki, iş üzrə M.Musayevin tabeliyində olan şəxslərin, eləcə də meriyanın torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərin hazırlanması ilə məşğul olan səlahiyyətli nümayəndələrinin mülklərində axtarışlar aparılıb.

Daha əvvəl məhkəmənin qərarı ilə Musa Musayevin 10 gün müddətinə həbs olunduğu bildirilib.

Xəbər xətti