Azərbaycanın cüdo komandası “Böyük Dəbilqə” yarışlarına hazırlaşır.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, millimiz Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prosesi keçir. Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan yığmalarının cüdoçuları da toplanışa qatılıb.
"Böyük Dəbilqə" yarışları gələn ay Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək.