Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını uğurla davam etdirir.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı qüvvələri məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat nəticəsində 300-ə yaxın terrorçu məhv edilib.
Keçirilən məliyyat zamanı PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatının üzvlərinin gizləndiyi ərazilərə zərbələr endirilib. Əməliyyat başlanan gündən bəri kürd terrorçularının gizləndiyi 47 hədəf vurulub. Ümumilikdə 287 terrorçu öldürülüb.
Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər.