ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiya siyahısına KXDR-nin hərbi sənaye departamentinin işçi partiyasının rəhbər müavininin və KXDR-nin mərkəzi komitəsi nəzdində işçi partiyası departamentinin sədrinin birinci müavininin adları əlavə olunub.
“Sanksiya siyahısına 16 fiziki və 9 hüquqi şəxsin adı əlavə edilib. “Qara siyahı”ya həmçinin KXDR-ə məxsus 6 gəmi, bir sıra Çinə məxsus struktur və Şimali Koreyanın Neft Sənayesi Nazirliyi salınıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ yeni sanksiyalar tətbiq edib. Bu barədə Amerika Maliyyə Nazirliyi məlumat yayıb. Verilən xəbərlərə görə, sanksiya tətbiq edilən şəxslərin, ölkələrin və şirkətlərin siyahısı hazırlanıb. Siyahıya, əsasən, Şimali Koreya ilə əlaqəli şəxslər salınıb.