Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə başa çatıb.
Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Turnirin lideri Aniş Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb. Hər üç qrossmeysterin hesabında 7 xal var.
Azərbaycan təmsilçisi yanvarın 26-da 11-ci turda Karlsen Maqnusla görüşəcək.