Azərbaycan - Kosovo oyunu baş tutmayacaq

17:33 - 24 Yanvar 2018 - İDMAN

Azərbaycan millisinin Kosovo ilə fevralın 2-də keçirilməli olan yoxlama oyunu baş tutmayacaq.

Apasport.az AFFA-nın saytına istinadən məlumat verir ki, buna UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatması səbəb olub.
 
Püşkün nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq. Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub. 

Xəbər xətti