İranın ali ruhani lideri ayətullah Əli Xomeneinin ali hərbi müşaviri general Yəhya Rəhim Səfəvi Türkiyənin Afrin əməliyyatına münasibət bildirib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Səfəvi, YPG qruplaşmasnın Suriyanın suverenliyini pozaraq Aralıq dənizinə çıxış əldə etmək üçün Afrini işğal etdiyini bildirib.
"Zeytin Dalı" əməliyyatı ilə bağlı sualları cavablandıran general Səfəvi deyib: "ABŞ yeni ildə əsas strategiyasının "regiondakı münaqişə bölgələrini qorumaq-olduğunu bildirib. ABŞ 30 min nəfərlik yeni bir güc yaradaraq Türkiyənin cənubu ilə İraqdakı kürdlər üçün muxtar bir bölgə qurmaq istəyir. Digər tərəfdən kürdlər bunun daimi olması üçün Aralıq Dənizinə çıxış əldə etmək lazım olduğunu bilirlər və bu səbəbdən Afrini işğal etdilər. Kürdlərin bu həmləsi Suriyanın suverenliyini pozmaqdır. Bizə görə Türkiyə və ABŞ-ın Suriya torpaqlarında olması da hüquqa ziddir. Suriya ordusu və dövləti buna icazə verməyəcək".