İlon Mask "Tesla" şirkətinin baş direktoru maaşından imtina edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Mask 10 il müddətində şirkətdən maaş almayacaq. Bundan sonra İlon şirkətin kapitallaşdırılma səviyyəsindən asılı olaraq səhmləri təzminat kimi əldə edəcək.
Əgər şirkətin kapitallaşması 100 milyard dolları ötsə, Mask ilk tranşı əldə edəcək. Hazırda "Tesla"nın sərmayəsi 59 milyard dollardır.
Maskın bütün təzminatı əldə etməsi üçün (12 tranş nəzərdə tutulub) şirkətin 650 milyard dollarlıq sərmayəyə sahib olması lazımdır.