ABŞ-ın xarici işlər nazirliyinin mətbuat katibi Hizer Noyert Rusiyanın Türkiyə ilə Birləşmiş Ştatların arasını vurmağa çalışdığını iddia edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Hizer Vaşinqtonda keçirdiyi mətbuat konfransında sözügedən fikri səsləndirib.
Hizer ona ünvanlanan "Ruslar YPG qruplaşmasına silah verir. Türkiyənin Afrin əməliyyatına görə ABŞ-ı günahlandırır. Bu açıqlamaları necə dəyərləndirirsizniz?"-sualına "Rusiyanın açıqlamaları vəziyyətə kömək etmək əvəzinə, təxribat xarakteri daşıyır. iki NATO müttəfiqinin arasını vurmağa çalışırlar. Ancaq bunu edə bilməyəcəklər"-cavabını verib.
Noyert ABŞ-ın XİN rəhbərinin türkiyəli həmkarı Mevlud Çavuşoğlu ilə də görüşdüyünü bildirib: "İki nazir çox ciddi və açıq görüş keçirdilər. Regionda baş verənlərə görə narahatıq. Bu prosesə görə baş tutan üç telefon danışığı da bunu sübut edir".