Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təxliyə ilə bağlı son rəqəm 60 min adamı keçib.
Qeyd edək ki, daha öncə vilayət qubernatoru Albay Alya Frensis Biçaru 40 min sakinin ərazilərdən təxliyə edilyini bildirmişdi.
Hökumət evlərini tərk etmiş sakinləri hələ də geri qayıtmamağ çağırıb.
Vulkanın hazırkı durumu ilə bağlı son məlumata görə, artıq ötən gecə vulkanın güclü püskürməsi nəticəsində kül və lava qatı 3 min-5 min metr hündürlüyə sovrulub. Qeyd edək ki, bir gün öncə bu rəqəm yalnız 600-700 metr olmuşdu.
17 şəhər və rayonda məktəblər bağlanıb. Beynəlxalq aeroportlarda 50-dən artıq xarici və daxili reys ləğv edilib.