Tanınmış amerikalı yazıçı Ursula Kröber Le Quin ömrünün 89-cu ilində ABŞ-da vəfat edib.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, oğlunun verdiyi məlumata görə, elmi fantastika və fantaziya janrlarında romanların müəllifi olan Le Quin yanvarın 22-də Portlenddəki (Oreqon ştatı) evində uzun sürən xəstəlikdən sonra ölüb.
Yazıçının romanları bir çox dillərə tərcümə edilib və və hələ də milyon nüsxədə satılır.
Le Quin yaradıcılıq fəaliyyəti ərzində elmi fantastika və fantaziya janrlarında bir neçə yüksək mükafata ("Hyuqo", "Nebyula", "Loku") layiq görülüb.
O, 1969-cu ildə "Qaranlığın sol əli" adlı romanının nəşr olunmasından sonra dünyada məşhurlaşıb. Bu əsər ingilisdilli fantastikanın hər iki yüksək mükafatını ("Hyuqo" və "Nebyula") alıb.
Le Quin ümumilikdə 20-dən çox kitab və yüzdən çox hekayə müəllifidir.