Tanınmış futbolçu İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi təyin olunub

21:00 - 24 Yanvar 2018 - DÜNYA

“Mançester Yunayted” klubunun sabiq futbolçusu Fil Nevill İngiltərənin qadınlardan ibarət milli komandasına baş məşqçi təyin edilib.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, 41 yaşlı britaniyalı mütəxəssislə 2021-ci il Avropa çempionatının sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Fill Nevill karyerası ərzində vətənində “Mançester Yunayted”lə yanaşı “Everton”da çıxış edib. O, daha əvvəl “qırmızı şeytanlar”ın və İspaniyanın “Valensiya” klubunun məşqçilər korpusunda yer alıb.

Xəbər xətti