Türkiyədə İŞİD-in daha bir "nazir"i tutulub

10:01 - 24 Yanvar 2018 - DÜNYA

Türkiyənin Şanlıurfa vilayətində İŞİD terror təşkilatının "səhiyyə naziri" Kefah Bəşər Hüseyn tutulub.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend vilayətin Polis İdarəsinə istinadən məlumat verir.
 

Bundan başqa, İŞİD-lə əlaqəsi olan 14 nəfər saxlanılıb. Onlardan 7-si Əlcəzair, 2-si Suriya və 2-si İran, hərəsinə biri olmaqla Niderland, Mərakeş və Misir vətəndaşıdır.
 

Qeyd edək ki, yanvarın 12-də Türkiyə polisi tərəfindən İŞİD-in "kənd təsərrüfatı naziri" Tariq Əhməd də saxlanlılıb.

Xəbər xətti