Liviyanın Benqazi şəhərində dalbadal terror aktı törədilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, insident nəticəsində 33 nəfər həlak olub, 70 nəfər xəsarət alıb.
Əvvəlcə 28 nəfərin öldüyü barədə xəbər yayılmışdı. Amma xəstəxanaya yerləşdirilən yaralılardan 5 nəfər də keçindiyi üçün ölü sayı artıb. Həlak olanlar arasında polis əməkdaşları və mülki vətəndaşlar da var.
Qeyd edilir ki, xəsarət alanların çoxunun vəziyyəti ağırdır. Liviya əks-kəşfiyyatının direktoru Mahdi Falah da terror aktı nəticəsində xəsarət alıb.
Qeyd edək ki, terror aktı dünən törədilib. Benqazi şəhərində qeydiyyat idarəsi və məscid yaxınlığında avtomobilə quraşdırılmış bomba işə düşüb. Hadisə yerinə polis, təcili tibbi yardım gələndə ikinci avtomobil də partlayıb.