Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.
“Afrin əməliyyatında ikinci hərbçimiz, leytenant Oğuz Kaan Usta şəhid oldu”, -deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.