UEFA futbolçuların əmək haqlarına maksimum hədd müəyyənləşdirmək istəyir

23:18 - 23 Yanvar 2018 - DÜNYA

UEFA futbolçuların əmək haqlarına maksimum hədd müəyyənləşdirmək istəyir.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin “The Telegraph”a müsahibəsində bildirib. 

O, futbolçuların agentlərinin komissiya haqlarının azaldılmasına tərəfdar olduğunu söyləyib: “Ən varlı klublar bütün yaxşı oyunçuları alırlar. Bunu dayandırmalıyıq. Yeni qaydalara əməl etməyənləri buna məcbur edəcəyik. Onlar “dəbdəbə vergisi” ödəməlidirlər. İndi agentlər gəlib deyirlər ki, ya transfer qiymətinin 50 faizini mənə ödəməlisən, ya da futbolçu başqa kluba keçir. Yaxud bəyan edirlər ki, bu futbolçunu alırsansa, digər ikisini də götürməlisən. Bu sistem nəyə görə indiyə qədər lisenziyalaşdırılmayıb. İndiki halda istənilən şəxs agent ola bilər. Hətta qatil də”.

A.Ceferin yeni qaydaları müzakirə etmək üçün top-klubların sahibi ilə görüşməyi planlaşdırır. UEFA prezidenti transfer dəyərinin 100 milyon avrodan yüksək olmamasının tərəfdarıdır.

Qeyd edək ki, agenti Fernando Feliseviç Aleksis Sançesin İngiltərənin “Mançester Yunayted” klubuna keçidindən 13,6 milyon avro komissiya haqqı əldə edib.

Xəbər xətti