Filippin prezidenti Rodriqo Duterte konstitusiyanı pozmaq niyyətində olarsa və hakimiyyətdə lazımından çox müddətdə qalarsa hərbçilərdən onu güllələməyi xahiş edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Duterte bu sözləri zarafatla demədiyini də vurğulayıb:
“Əgər hakimiyyətdə vaxtından çox qalaramsa və diktator olmağa qərar verərəmsə, məni güllələyin. Zarafat etmirəm. Əgər səlahiyyət müddətimi bir gün belə aşaramsa, Filippinin silahlı qüvvələri və milli polisdən konstitusiyaya əməl olunmasını təmin etməyə çağırıram”.
Bununla da, prezident hakimiyyət müddətini uzatmaq üçün konstitusiyada dəyişiklik etmək istəməsi ilə bağlı yayılan şayiələrə reaksiya verib.