Naftalanda mərmi tapılıb

17:05 - 22 Yanvar 2018 - Xəbər

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvarın 22-də Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndi ərazisində əməliyyat keçirib. ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, 22 Yanvar 2018-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Naftalan rayonu, Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində hərbi təyinatı olmayan naməlum əşya aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş naməlum əşyanın ətrafında 800 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Xəbər xətti