PYD-PKK qüvvələrinin Türkiyənin Hatay bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə prezident Ərdoğan canlı yayımlanan çıxışı zamanı məlumat verib. Hava zərbələri Hatayda yerləşən elektrik stansiyasına endirilib. Ölən TEDAŞ-ın (Türkiyə Elektrik Dağıtım Anonim Şirkətinin) əməkdaşıdır.
Prezident Ərdoğan isə “bunun hesabını verəcəklər” deyə baş verənlərə reaksiya verib.