Ermənistan prezidenti Serj Sarkisyan Fransada səfərdədir.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sarkisyan Paris meri və senat rəhbəri ilə görüşəcək. Sabah isə erməni liderin fransalı həmkarı Emmanuel Makronla görüşü planlaşdırılıb.
Daha sonra ölkə başçıları birgə mətbuat konfransı keçirəcəklər.
Yanvarın 24-ü isə Strasburqda Serj Sarkisyan AŞPA-nın qış sessiyasında iştirak edəcək.