NATO baş katibinin müavini Türkiyədə səfərdədir

13:12 - 22 Yanvar 2018 - DÜNYA

 NATO baş katibinin müavini Rouz Qottemüller Ankarada səfərdədir. 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarının başlamasından sonra  NATO rəsmilərinin ölkəyə ilk səfərdir.

R.Qottemüller Türkiyə Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, Türkiyə ordusu “Zeytun budağı” əməliyyatlarına başlayandan qısa müddət sonra NATO məsələ ilə bağlı açıqlama yaymışdı. Açıqlamada qeyd olunmuşdu ki, bütün dövlətlərin özünü müdafiə hüquq var. 

Xəbər xətti