Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə yalnız bir namizəd var.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu, italiyalı deputat Mikele Nikolettidir.
Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.