ABŞ-ın müdafiə naziri: “Türkiyə bizi əvvəldən xəbərdar etmişdi”

10:00 - 22 Yanvar 2018 - DÜNYA

 “Türkiyə hava əməliyyatları ilə bağlı ABŞ-ı əvvəldən xəbərdar etmişdi”.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyə ordusunun Suriyanın Afrin bölgəsndə keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

Pentaqon rəhbəri vurğulayıb ki, Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir: “Bu ölkənin təhlükəsizliyi ilə bağlı narahatlığı təbiidir. Türkiyənin mövqeyi aşkar idi. İndi biz gələcək birgə fəaliyyətimizə hazırlaşırıq. Bununla məşğul olacağıq”.

Qeyd edək ki, Suriyanın Afrin bölgəsini ələ keçirən terrorçu PKK qruplaşmasının YPG və PYD adlı qolları Türkiyə ərazisinə təxribat məqsədi ilə atəş açır, ölkənin təhlükəsizliy və ərazi bütövlüyü üçün təhlükə yaradır. Türkiyə ordusu bu kimi halların qarşısını almaq üçün Suriyanın Afrin əyalətində antiterror əməliyyatına başlayıb. “Zeytun budağı” adlı əməliyyatların ilk günlərində 9 kənd terrorçulardan təmizlənib. Türkiyə hərbçiləri Afrinin mərkəzinə doğru hərəkət edirlər. 

Xəbər xətti