Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə “İntercontinental Hotel” mehmanxanasına hücum edən silahlıları zərərsizləşdirib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalına Əfqanıstan Daxili İşlər Nazirliyindən məlumat verilib. Verilən məlumata görə, hücum zamanı baş verən partlayış nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb. Hazırda yanğınsöndürənlər mehmanxananın bir qismini əhatə edən yanğının söndürülməsinə cəlb edilib.
Bundan əvvəl mehmanxanaya hücum nəticəsində 5 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini bildirilib.
Hücuma görə məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.