Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli işsiz qalıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” komandasının sükanı arxasından istefaya göndərilib.
Qərarın səbəbi açıqlanmır. Onun ötən ilin mayından rəhbərlik etdiyi kollektiv ölkə çempionatında 12 turdan sonra 17 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 11 xal geri qalır.
Qeyd edək ki, 2010 – 2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olmuş Çezare Prandelli karyerası ərzində İtaliyanın “Roma”, “Fiorentina”, Türkiyənin “Qalatasaray” və İspaniyanın “Valensiya” kimi komandalarına rəhbərlik edib.