Türkiyənin müdafiə naziri: "Afrin əməliyyatı keçiriləcək"

13:57 - 19 Yanvar 2018 - DÜNYA

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.
 
N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".  
 
Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib.

Xəbər xətti