Böyük Britaniyanın xarici işlər naziri Boris Conson La-Manş boğazı üzərindən Fransa ilə Böyük Britaniya arasında körpü tikilməsi ideyasını irəli sürüb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı B.Conson iki böyük dövlətin yalnız dəmir yolu ilə əlaqəli olmasını “axmaqlıq” adlandırıb.
Qeyd olunur ki, E.Makron körpü fikrini dəstəkləyib.
Qeyd edək ki, Fransa ilə Böyük Britaniya arasında 1994-cü ildən sualtı dəmir yolu tuneli fəaliyyət göstərir. Tunelin uzunluğu 49,7 kilometrdir.