Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında ölkənin Muş əyalətinin Bingöllə Solha rayonu arasında baş verib.
Avtobus Hatay şəhərindən Muşa doğru gedirmiş.
Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbi araşdırılır.