“Bu müqavilə Rusiya üçün maraqlı deyil” — Sergey Lavrov

21:18 - 19 Yanvar 2018 - DÜNYA

Rusiya nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmayacaq.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiyalı nazir BMT Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı problemlərə həsr edilmiş iclasında çıxışı zamanı deyib ki, Rusiya üçün bu müqavilə maraqlı deyil.
 

 “Rusiya nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmaq istəmir. Bu müqavilədə yazılanlar Rusiya üçün maraqlı deyil. Çünki nüvə silahından tam imtina mümkün deyil. Bu, yalnız bütün ölkələrin təhlükəsizliyini təmin etməklə, ümumi tərksilah çərçivəsində mümkündür”, - deyə S. Lavrov əlavə edib.

Xəbər xətti