ABŞ Türkiyəni İŞİD-lə mübarizə aparmağa çağırdı

21:00 - 19 Yanvar 2018 - DÜNYA

ABŞ Dövlət Departamenti Türkiyəni Vaşinqtonun dəstəklədiyi Suriya kürdlərinə qarşı yox, İŞİD terrorçularına qarşı mübarizəyə çağırır.   
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə  Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
 
X.Nauert ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, Ankaranın sərt reaksiyasına səbəb olmuş bu məsələ səhv təqdim edilib, kürdlərə dəstəyin əsas məqsədi İŞİD-dən zad edilmiş ərazilərin təhlükəsizliyini təmin etməkdir. 

Xəbər xətti