Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb

19:55 - 19 Yanvar 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi adlandırıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
 

Tramp bildirib: "Bizə ölkəmizin təhlükəsizliyi üçün sərhəddə divar lazımdı. Bizə divar hazırda dünyanın ən təhlükəli ölkəsi sayılan Meksikadan böyük narkotik axınının qarşısını almaq üçün lazımdır. Divar olmazsa - razılaşmada [Konqresdə respublikaçılar və demokratlar arasında immiqrasiya islahatı üzrə] olmayacaq.

Xəbər xətti