ABŞ-dan Türkiyəyə Afrin xəbərdarlığı — “Müharibəyə yol açmayın”

19:07 - 19 Yanvar 2018 - DÜNYA

ABŞ hökuməti Türkiyənin Afrin əməliyyatına reaksiya verib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert (Heather Nauert) bu barədə verdiyi bəyanatda Türkiyə hökumətinə müraciət edib. O, Türkiyəyə müharibəyə yol açacaq addım atmamağı tövsiyə edib.
 

“Türkiyə hökumətinə Suriyada yeni müharibəyə yol aça biləcək bir addım atmamağı tövsiyə edirik. Yaxşı olardı ki, Türkiyə İŞİD terror təşkilatı ilə mübarizəni davam etdirsin”, - deyə Noyert bildirib.
 

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın mətbuat katibi Rayan Dillon mətbuat konfransında Afrin əməliyyatı ilə bağlı açıqlama verib. Dilan bəyanatında bildirib ki, Pentaqon Türkiyənin Afrin hərəkatına mane olmayacaq.
 

Türkiyə prezidenti Ərdoğan da Afrin əməliyyatı ilə bağlı açıqlama verib. Prezident "Suriyadan olan müxalif qüvvələrlə birlikdə Afrin əməliyyatı həyata keçiriləcək" deyib.

Xəbər xətti