Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib.
O bildirib: “Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər”.
Qeyd edək ki, yanvarın 18-i Azərbaycan və Ermənistan XİN rəhbərlərinin vasitəçilərinin görüşü keçirilib. Bu gün isə Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüşün keçirilməsi planlaşdırılır.