Türkiyə Baş Qərargah rəisi və MİT rəhbəri Rusiyaya səfər edib

13:55 - 18 Yanvar 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulisi Akar Rusiyaya səfər edib.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, onu Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edir.
 
H. Akarın rusiyalı həmkarı Valeri Gerasimovla görüşü nəzərdə tutulur.
 
Görüşdə regional təhlükəsizlik məsələləri, Suriyada baş verən son olaylar və Astana/Cenevrə prosesi müzakirə olunacaq.

Xəbər xətti