Tramp mətbuata "yalan xəbər" mükafatı verdi

00:08 - 19 Yanvar 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp uzun müddətdir ki, Amerika mətbuatını yalan xəbər yaymaqla günahlandırır.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən  xəbər verir ki, Tramp Tvitter səhifəsində "yalan xəbər mükafatı"nı qazananların adını açıqlayıb.
 

Trampın açıqladığı siyahıda mükafatı alan birinci şəxs "New York Times" qəzetinin köşə yazarı iqtisadçı Pol Kruqmen olub.
 

ABŞ liderinin hədəfindəki digər xəbər agentlikləri arasında "ABC", "CNN İnternational", "Time və "The Washington Post" var.
 

Məlumata əsasən, Trampla bağlı mətbuatda çıxan xəbərlərin 90 faizi əsassız olub.
 

Tramp dürüst olmayan jurnalistlərlə yanaşı Amerika mətbuatında hörmət etdiyi çoxsaylı jurnalist olduğunu da vurğulayıb.

 

Trampın bu açıqlamalarına "Respublikaçılar" partiyasının üzvləri sərt reaksiya göstəriblər. Senator Ceff Fleyk açıqlamasında bildirib ki, Trampın mətbuatı "xalq düşməni" kimi göstərməsi çox təhlükəlidir.

Xəbər xətti