Rusiya Çinə "Triumf" S-400 zenit-raket sistemlərinin tədarükünə başlayıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə TASS-a Rusiya hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə deyib.
O qeyd edib ki, tədarük 2014-cü ildə imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir və sifarişçiyə artıq bir polk dəsti göndərilib.
Mənbənin sözlərinə görə, dəstin tərkibinə komanda məntəqəsi, radiolokasiya stansiyası, enerji və yardımçı avadanlıqlar, ehtiyat hissələr, alətlər və digər elementlər daxildir.