Tramp Netanyahunun Yerusəlimə dair bəyanatını təkzib edib

21:42 - 18 Yanvar 2018 - DÜNYA

ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi bu il baş tutmayacaq.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib.
 
İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.
 
B.Netanyahu ötən gün bəyan edib ki, ABŞ ilin sonunadək səfirliyini Tel-Əvivdən Yerusəlimə köçürəcək.
 
Qeyd edək ki, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

Xəbər xətti