ABŞ Rusiyanı ittiham etdi: "Şimali Koreyaya yardım edirsiz"

21:20 - 18 Yanvar 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Rusiyanı Şimali Koreyaya yardım göstərməkdə ittiham edib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Trampın fikrinə görə, Moskva Pxenyana beynəlxalq sanksiyalardan yayınmağa kömək edir.
 

Tramp deyib: "Rusiya hökuməti Şimali Koreya böhranını həll etmək məsələsində ABŞ-a heç bir köməklik göstərmir. Çinin bizə etdiyi yardımı Rusiya sıfıra bərabər edir".


ABŞ lideri Pxenyanla qarşıdurmanın sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib. Amma bununla yanaşı qeyd edib ki, çox güman ki, bu ssenari baş tutmayacaq. Tramp Şimali Koreyaya neft və daş kömür ixracının məhdudlaşdırılması məsələsində Çinin fəaliyyətini yüksək qiymətəndirib. Amma qeyd edib ki, Pekin daha çox iş görə bilər.

Xəbər xətti